Bank Of Baku

Aİ Putinin yanında olan jurnalist Zarubin və digərlərinə sanksiya tətbiq edib

Pavel Zarubin, Rusiya Prezidenti Vladimir Putin

© APA | Pavel Zarubin, Rusiya Prezidenti Vladimir Putin

# 29 yanvar 2026 17:54 (UTC +04:00)

Avropa İttifaqı rusiyalı jurnalistlər Yekaterina Andreeva, Pavel Zarubin və Dmitri Quberniyevə qarşı sanksiyalar tətbiq edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Aİ-nin sanksiya siyahısına reper Roman Çumakov, balet ustası Sergey Polunin və teleaparıcı Maria Sittel də düşüb.

Qeyd edək ki, Pavel Zarubin Rusiya Prezidenti Vladimir Putinin jurnalist “pul”unda təmsil olunur. O, “Rossiya” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısıdır. Yekaterina Andreeva “Pervıy” kanalın əsas xəbər buraxılışının aparıcısı, Dmitri Quberniyev isə Rusiyanın məşhur idman jurnalisti və aparıcısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR