ABŞ və Ermənistan arasında TRIPP layihəsi müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “X” hesabında bildirib.
O, ABŞ konqresmeni Abraham Hamade ilə görüşü zamanı regional vəziyyəti, TRIPP layihəsini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdiyini qeyd edib.