Bank Of Baku

Çadayev Azərbaycana qarşı təxribatdan sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib

Çadayev Azərbaycana qarşı təxribatdan sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
# 18 avqust 2026 23:06 (UTC +04:00)

Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev Azərbaycanın Baş Prokurorluğunun onu axtarışa verməsindən sonra tutduğu vəzifədən getmək qərarına gəlib.

APA xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yazıb.

“Kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai çıxışlarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsini və ölkələrin birgə fəaliyyətinə maneə yaratmasını düzgün hesab etmirəm”, – deyə Çadayev bildirib.

Sabiq müşavir onu da vurğulayıb ki, o, sadəcə şəxsi ekspert fikrini ifadə edib. O, pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusunda dərindən məlumatlı olduğunu qeyd edib.

Çadayev əlavə edib ki, hazırda Rusiya Nəqliyyat Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzərində işləyir və bu proqram Azərbaycanda da həyata keçirilir.

O, bundan sonra da eyni istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Aleksey Çadayevi, siyasi məsləhətçi Semyon Uralovu və “Moskva 24” telekanalının sabiq aparıcısı İvan Knyazevi axtarışa verib. Onlar terrora çağırışlar etməkdə, Azərbaycanın ərazi bütövlüyünü pozmaqda və milli ədavəti qızışdırmaqda ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR