Bank Of Baku

Almaniya-Rusiya Ticarət Palatası: Rusiya Yaxın Şərqdəki müharibənin əsas qalibidir

Almaniya-Rusiya Ticarət Palatası: Rusiya Yaxın Şərqdəki müharibənin əsas qalibidir
# 07 aprel 2026 13:19 (UTC +04:00)

"Rusiya Yaxın Şərqdəki müharibənin "əsas qalibidir", çünki Hörmüz boğazının blokadası səbəbindən xammal ixracından milyardlarla əlavə gəlir əldə edir".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Almaniya-Rusiya Ticarət Palatasının rəhbəri Mattias Şepp bildirib.

"Handelsblatt" nəşri yazır ki, Palatanın məlumatına görə, Rusiyanın neft, qaz və gübrə ixracından əldə etdiyi mənfəət ayda 10 milyard avrodan çoxdur.

Moskva digər ixrac yollarından istifadə etdiyi üçün qlobal əmtəə qiymətlərinin artmasından faydalanır.

Palata rəhbəri bildirib ki, bu, "tarixi nisbətdə böyük gəlir"ə səbəb ola bilər.

Onun sözlərinə görə, əgər neftin qiyməti bir barel üçün 100 dollar ətrafında qalarsa, Rusiyanın illik büdcəsi 71,8 milyard dollar (62,1 milyard avro) artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR