Bank Of Baku

Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir

Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir
# 29 may 2026 13:32 (UTC +04:00)

Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.

APA-nın Rusiya bürosu xəbər verir ki, əvvəlcə Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası baş tutub.

İclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avrasiya İqtisadi Komissiyasının sədri Bakıtjan Saqintayev iştirak ediblər.

Rusiya tərəfindən iclasda Baş nazirin müavini və Avrasiya İqtisadi Komissiyası Şurasının üzvü Aleksey Overçuk və prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə edəcəkləri gözlənilir.

Daha sonra iclas Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Kubanın vitse-prezidenti Salvador Valdes Mesa və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabakın iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR