Ermənistanın MDB-dən çıxmasından söhbət getmir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının MDB-nin qanunverici və digər orqanlarındakı səlahiyyətli nümayəndəsi Razmik Xumaryan bu gün Moskvaya səfər edib, MDB İqtisadi Şurasının iclasında iştirak edib və bir sıra sənədlər imzalayıb.
Lebedev parlament seçkilərindən sonra Ermənistandakı vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirib.
“Düşünürəm ki, bunun üçün ilkin şərtlər var, çünki Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ölkəni Avrasiya İqtisadi İttifaqından çıxarmaq niyyətində olmadığını bildirib. MDB-dən çıxmaqdan isə, ümumiyyətlə, söhbət getmir. Onlar təşkilatın tərkibində qalacaqlar”, - Baş katib vurğulayıb.