Bank Of Baku

Belarus Ukraynaya nota verib

Belarus Ukraynaya nota verib
# 18 iyun 2026 15:20 (UTC +04:00)
0:00 / 0:00
80%

Bu gün Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, diplomata iyunun 17-də Rusiyanın Bryansk vilayətində Ukraynanın pilotsuz uçuş aparatı tərəfindən Belarus vətəndaşlarını, əsasən uşaqları daşıyan mülki avtobusa edilən dron hücumu ilə əlaqədar etiraz notası təqdim olunub.

Ukraynalı diplomatın diqqətinə çatdırılıb ki, hücum nəticəsində Belarus vətəndaşı ölüb, daha altı vətəndaş, o cümlədən beş uşaq yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Belarus Ukraynadan hərtərəfli izahat, eləcə də dərhal və obyektiv araşdırma aparılmasını, habelə bütün günahkarların ciddi məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR