Bank Of Baku

Dağıstanda helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Dağıstanda helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb
# 07 noyabr 2025 16:48 (UTC +04:00)

Dağıstanda helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.

Qəza nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır.

Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb.

"Baza" Telegram kanalının məlumatına görə, Ka-226 helikopterinin göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR