Bank Of Baku

Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib - VİDEO

Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib - VİDEO
# 09 iyun 2026 22:04 (UTC +04:00)

Dağıstanın Kizilyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.

TASS xəbər verir ki, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, diametri 1200 millimetr olan magistral qaz kəmərində üç partlayış baş verib.

FHN-in regional idarəsin qeyd edir ki, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

“Hadisə yerində yanğın müşahidə olunur, qaz yüksək təzyiqlə çıxmağa davam edir”, - deyə məlumatda vurğulanır.

Yanğın zamanı məşəltipli alovun hündürlüyü 15 metrə çatıb.

Hadisədən sonra Kizilyurtdan keçən qaz kəmərinin fəaliyyəti dayandırılıb və kəmər bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR