Bank Of Baku

Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb

Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb
# 25 iyun 2026 14:30 (UTC +04:00)

Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə respublikanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artan tələbat səbəbindən Dağıstanda yanacaq satışına məhdudiyyət qoyulub.

“Yanacaq satışına müvəqqəti məhdudiyyətlər (hər müştəri üçün 20 litr benzin və 50 litr dizel yanacağı) yalnız mövcud təchizatın bütün istehlakçılar arasında bərabər paylanmasını təmin etmək üçün tətbiq edilib”, - nazirliyin açıqlamasında qeyd olunub.

Nazirlikdən o da bildirib ki, bu tədbir süni yanacaq çatışmazlığının qarşısını alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR