Dərbənd rayonunun Məmmədqala qəsəbəsinin sakinləri Gedjux su anbarının daşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbindən təxliyə olunur.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, ümumilikdə 4165 nəfərin, o cümlədən 823 uşağın təxliyəsi planlaşdırılır.
Qeyd olunub ki, təxliyə edilən şəxslər müvəqqəti yerləşdirmə mərkəzlərinə və qohumlarının yanına yerləşdirilir.