Bank Of Baku

Dron hücumu Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında yanğına səbəb olub

Dron hücumu Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında yanğına səbəb olub
# 03 dekabr 2025 08:50 (UTC +04:00)

Dron hücumu nəticəsində Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında gecə saatlarında yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə vilayət qubernatorunun ofisindən məlumat verilib.

Təcili yardım xidmətləri və hüquq-mühafizə orqanlarının hadisə yerində işlədiyi bildirilib.

Hücuma məruz qalan neft anbarı, eləcə də hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 3 dekabr gecəsi Tambov hava limanı uçuşları təxminən altı saat müddətinə müvəqqəti olaraq məhdudlaşdırıb. 2 dekabr axşamı bölgədə dron xəbərdarlığı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR