Bank Of Baku

Erməni spiker Lavrovla bütün ağrılı mövzuları müzakirə etdiyini bildirib

Ermənistan parlamentinin spikeri Alen Simonyan

© APA | Ermənistan parlamentinin spikeri Alen Simonyan

# 10 fevral 2026 12:58 (UTC +04:00)

Moskva şəhərində Lavrovla bütün ağrılı mövzuları müzakirə etdik.

APA xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

"Biz saat yarımdan çox söhbət etdik. Aydındır ki, bəzi məsələləri ictimai şəkildə danışa bilmərəm… Amma bizi narahat edən bütün məsələlərə toxunduq”, – Simonyan deyib.

Spikerin sözlərinə görə, o, görüşdə Solovyovun (Solovyov Ermənistanda “Xüsusi Hərbi Əməliyyat”ın keçirilməsinin zəruriliyini bildirmişdi – red.) sözlərinə işarə edərək Rusiyada vaxtaşırı Ermənistan əleyhinə rezonans doğuran açıqlamalar verən şəxslərin adlarını qeyd edib. Simonyana cavab olaraq bunların fərdi şəxslərin fikirləri olduğu deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR