Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryan və onunla əlaqəli şəxslərə məxsus 22 daşınmaz əmlak obyektinin dövlət nəfinə müsadirə olunmasını tələb edib.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumata istinadən "Arminfo" agentliyi məlumat yayıb.
Məlumata görə, prokurorluq həmçinin Robert Köçəryan və onunla əlaqəli şəxslərin 13 şirkətdəki paylarının, eləcə də müxtəlif valyutalarda saxlanılan, ümumi dəyəri 20 milyard dram (təxminən 52 milyon ABŞ dolları) təşkil edən pul vəsaitlərinin də dövlət nəfinə müsadirə edilməsini tələb edir.