Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak üçün qeydiyyatının ləğvi ilə bağlı müraciəti təmin etməyib.
Ermənistan mediasının məlumatına görə, qərar iyunun 5-də keçirilən növbədənkənar iclasda qəbul olunub.
Müvafiq tələblə MSK-ya məhz “Respublika” Partiyası müraciət etmişdi.
Bundan əvvəl Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokuna qarşı irəli sürülmüş daha bir vəsatəti də yekdilliklə rədd etmişdi.
Həmin müraciət hüquq-mühafizə orqanlarına seçicilərin ələ alınması ilə əlaqəli olduğu iddia edilən cinayət işləri barədə məlumatların təqdim olunmasını nəzərdə tuturdu.