Ermənistan və Türkiyə nümayəndələri avqustun 4-də İrəvanda tarixi Ani körpüsünün birgə bərpası üzrə yaradılmış işçi qrupunun ikinci iclasını keçiriblər.
“Armenpress” xəbər verir ki, görüşdə tərəflər 2026-cı il mayın 4-də imzalanmış protokolun mümkün qədər tez həyata keçirilməsinin vacibliyini vurğulayıblar və bu istiqamətdə birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd olunub ki, sözügedən protokol işçi qrupunun ilk iclası çərçivəsində imzalanıb və Ermənistan-Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpasını nəzərdə tutur.
Qeyd edək ki, Ani körpüsünün bərpası ilə bağlı protokol 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç tərəfindən imzalanıb.