Bank Of Baku

Ermənistanda mikroavtobus qəzaya düşüb, 10 nəfər xəsarət alıb

Ermənistanda mikroavtobus qəzaya düşüb, 10 nəfər xəsarət alıb
# 19 oktyabr 2025 01:54 (UTC +04:00)

Ermənistanda İrəvan–Çarentsavan magistralında “QAZel” markalı mikroavtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə saat 19:40-da Alapars–Çarentsavan yol ayrıcında baş verib. “Mercedes” markalı minik avtomobili ilə 275 nömrəli marşrut xətti üzrə hərəkət edən mikroavtobus toqquşub.

Hadisə ilə bağlı istintaq aparılır, qəzanın dəqiq səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR