Bank Of Baku

Ermənistanda müxalif deputat həbsdən azad edilib

Artur Sarkisyan

© APA | Artur Sarkisyan

# 01 dekabr 2025 18:20 (UTC +04:00)

Ermənistanda müxalif deputat Artur Sarkisyan həbsdən azad edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Deputatın vəkili Aram Vardevanyanın sözlərinə görə, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəzləyib. O, 50 min ABŞ dollarından çox girov qarşılığında sərbəst buraxılıb.

“Hayastan” fraksiyasının nümayəndəsi və arxiyepiskop Baqrat Qalstanyanın tərəfdaşı olan Sarkisyan bu ilin iyul ayında “konstitusiya quruluşunu devirmək məqsədilə terror aktları hazırlamaqda” ittiham olunaraq həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR