Ermənistanda sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişib

Ermənistanda sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişib
# 01 dekabr 2023 21:06 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişilib.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məhkəmə general-mayor Qriqori Xaçaturov barəsində girov və inzibati nəzarət qətimkan tədbiri seçib.

Qeyd edək ki, sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub.

Qriqori Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR