Bank Of Baku

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan

© APA | Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan

# 08 noyabr 2025 12:07 (UTC +04:00)

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai TV-nin efirində İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan bildirib.

İttihama görə, Arutyunyan nazir vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ermənistan Respublikası Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da iş üzrə təqsirləndirilən şəxsdir.

Qeyd edək ki, Mikael Arutyunyan 2007-2008-ci ildə Ermənistanın müdafiə naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR