Bank Of Baku

Fransada məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib

Fransada məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib
# 09 fevral 2026 21:43 (UTC +04:00)

Fransanın cənubunda, Antib şəhərində yerləşən məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib.

APA xəbər verir ki, bu barədə "Nice-Matin" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, polis məktəbin əməkdaşlarını və şagirdlərini sındırılmış hesab vasitəsilə "Pronote" proqramında yayılan bildirişdən sonra təxliyə edib.

Məktəbdə hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Nice-Matin qeyd edir ki, Antibdə bu, bomba ilə bağlı yalan məlumat səbəbindən baş verən ikinci təxliyə halıdır.

Fevralın 5-də şəhərin digər məktəbindən 500 nəfər təxliyə edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR