Bank Of Baku

FTX: Ukrayna Təhlükəsizlik Xidmətinin Moskvada rezonans doğuracaq terror aktının qarşısı alınıb

FTX: Ukrayna Təhlükəsizlik Xidmətinin Moskvada rezonans doğuracaq terror aktının qarşısı alınıb
# 03 aprel 2026 16:02 (UTC +04:00)

Moskvada hüquq-mühafizə sisteminin yüksək vəzifəli rəhbərlərindən birinə qarşı planlaşdırılan terror aktının qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) biznes mərkəzində məsafədən partlayış törətməyi planlaşdırırıb.

“Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada hüquq-mühafizə sisteminin yüksək vəzifəli rəhbərlərindən birinə qarşı UTX tərəfindən planlaşdırılan rezonans doğuracaq terror aktının qarşısı alınıb”, – məlumatda bildirilir.

FTX-nin açıqlamasına görə, biznes mərkəzinin girişinin yaxınlığında park edilmiş elektrik skuterinin yük hissəsində güclü əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

“Hədəf şəxs həmin biznes mərkəzinə daxil olduğu zaman partlayıcı qurğunun məsafədən işə salınması planlaşdılıbmış”, – qurumdan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR