2026-cı ilin mayında İrəvanda birinci Ermənistan-Aİ sammiti keçiriləcək.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Mirzoyan keçiriləcək sammitin əhəmiyyətini vurğulayıb və Kallasla İrəvanda görüşməyə əhəmiyyət verdiyini bildirib.
“Biz əməkdaşlığımızı strateji səviyyəyə yüksəltmişik və bu bizim ambisiyalarımızın limiti deyil. Martda Ermənistan parlamenti Aİ üzvlüyü ilə bağlı qanun qəbul edib. Ermənistan-Aİ əməkdaşlığı yeni fazaya daxil olur”, - Mirzoyan qeyd edib.