Bank Of Baku

Gümrü şəhərinin həbs edilmiş merinin oğlu naməlum istiqamətə aparılıb

Gümrünün sabiq meri Vardan Qukasyan və oğlu Spartak Qukasyan

© APA | Gümrünün sabiq meri Vardan Qukasyan və oğlu Spartak Qukasyan

# 20 noyabr 2025 18:35 (UTC +04:00)

Ermənistanın Gümrü şəhərinin həbs edilmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan naməlum istiqamətə aparılıb.

APA xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.

Məlumata görə, Spartak Qukasyan ilkin olaraq Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin o, şöbəyə yaxınlaşdıqda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.

Hadisənin detalları və Qukasyanın hazırda harada olduğu barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR