Gümrü meriyasının qarşısında etiraz aksiyasında iştirak etmiş 37 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, saxlanılanlarla bağlı kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmə faktları üzrə cinayət işləri açılıb.