Həştərxanda beşmərtəbəli yaşayış binasının iki girişinin uçmasından sonra regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.
Həştərxanda evin bir hissəsinin uçması, ilkin olaraq, mənzillərdən birində tikinti-təmir işləri zamanı baş verib.
Mənzillərdən birində təmir işlərinin naməlum şəxslər tərəfindən aparıldığı dəqiqləşir. Onların gördüyü işlər nəticəsində dayaq konstruksiyaları zədələnib. Məhkəmə-tibb ekspertləri və müstəntiqlər dağıntılar təmizləndikdən sonra işə başlayacaqlar.
Qeyd edək ki, çökmə nəticəsində 84 yaşlı qadın ölüb, daha bir neçə nəfər itkin düşüb. Dağıntılar altında insanlar da ola bilər.
***
19.36
Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.
APA xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.
O qeyd edib ki, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.