Bank Of Baku

İrəvanda atışmada yaralanan 7 nəfər xəstəxanaya çatdırılıb, biri ölüb - YENİLƏNİB

İrəvanda atışmada yaralanan 7 nəfər xəstəxanaya çatdırılıb, biri ölüb - YENİLƏNİB
# 18 fevral 2026 17:28 (UTC +04:00)

Bu gün İrəvanda baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub.

APA “news.am”a istinadən xəbər verir ki, xəstəxanaya 7 nəfər gətirilib, onlardan biri ölüb.

Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır, qalanları əməliyyat olunur.

Hadisənin digər detalları hələlik açıqlanmayıb.

***

16:56

İrəvanın Açapnyak rayonunda atışma baş verib.

APA “news.am”a istinadən xəbər verir ki, internetdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR