Kabardin-Balkariyada bir qrup alpinist qar uçqunu altında qalıb.
APA xəbər verir ki, hadisə nəticəsində iki nəfərin öldüyü ehtimal olunur.
Uçqun Bezengi dərəsindəki Mijirgi dağında baş verib. On alpinist hələ də qarın altındadır. Qrupda 15 nəfər olub.
Xilasedicilər artıq hadisə yerində axtarış-xilasetmə işləri aparırlar.