Bank Of Baku

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

General-leytenant Sergey Milçakov

© APA | General-leytenant Sergey Milçakov

# 14 sentyabr 2026 14:19 (UTC +04:00)

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakovun Ukraynanın Donetskdə Rusiya qüvvələrinin komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində öldüyü bildirilir.

APA xəbər verir ki, bu barədə bir sıra Rusiya və Ukrayna mediası və “Atesh” partizan hərəkatı məlumat yayıb.

Məlumata görə, Milçakovun avqustun 26-da Donetskdə Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinə endirilən raket zərbəsi nəticəsində ölməsi ehtimal olunur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 26-da və 27-nə keçən gecə Donetsk ərazisində Rusiya qüvvələrinin əsas və ehtiyat komanda məntəqələrinin havadan buraxılan raketlərlə vurulduğunu açıqlayıb.

Qərargah zərbələr nəticəsində Rusiyanın itkilərinin dəqiqləşdirildiyini bildirib.

Rusiya tərəfi Milçakovun öldüyü barədə məlumatı hələlik təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR