Bank Of Baku

Kreml ABŞ-ın Ukrayna planı ilə bağlı rəsmi məlumatlara etibar edir

Kreml ABŞ-ın Ukrayna planı ilə bağlı rəsmi məlumatlara etibar edir
# 24 noyabr 2025 13:58 (UTC +04:00)

Kreml son bir neçə gündür Cenevrədən gələn xəbərləri fəal şəkildə izləyir, lakin ABŞ-ın Ukrayna münaqişəsinin həlli planı ilə bağlı rəsmi məlumatlara etibar etməyə üstünlük verir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya ABŞ və Ukrayna arasında Cenevrə məsləhətləşmələrinin yekununu gözləyəcək.

Peskov vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmasının müttəfiq ölkələri arasında konsensusdan asılı olacağının nə dərəcədə etibarlı olması məlum deyil:"Bu, yalnız media xəbərlərinə etibar etmək üçün çox məsuliyyətli və mürəkkəb bir prosesdir".

Kremlin sözçüsü Ukrayna prezidenti Volodimir Zelenskinin Şükranlıq günündə Vaşinqtona mümkün səfəri barədə məlumatının olmadığı söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR