Bank Of Baku

Kreml: Avropa Ukraynanı müharibəni davam etdirməyə təhrik edir

Kreml: Avropa Ukraynanı müharibəni davam etdirməyə təhrik edir
# 21 oktyabr 2025 14:45 (UTC +04:00)

Avropa sülh tərəfdarı deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Avropa ancaq Kiyevi müharibəni davam etdirməyə təhrik edir.

Kreml rəsmisi Rusiya-ABŞ sammitində hansısa Avropa İttifaqı ölkəsinin iştirakından danışmağın tez olduğunu vurğulayıb.

Peskov onu da qeyd edib ki, Rusiyanın ABŞ-la sammitə hansı təkliflərlə gedəcəyini "meqafon rejimi"ndə səsləndirməsi mümkün deyil, çünki bu, danışıqlar prosesinə xələl gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR