Paşha Bank
Bank Of Baku

Kreml bir neçə Avropa ölkəsinin Rusiya ilə dialoq çağırışlarına cavab verib

Kreml bir neçə Avropa ölkəsinin Rusiya ilə dialoq çağırışlarına cavab verib
# 01 oktyabr 2026 14:15 (UTC +04:00)

Avropa Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpasına mane olmağa davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Ukraynanın Rusiya ilə danışıqlara yaxınlaşmadığını və Avropanın danışıqlar prosesinin bərpasına mane olmağa davam etdiyini deyib.

"Rusiya bir neçə Avropa ölkəsinin Moskva ilə dialoqun bərpa edilməsinin zəruriliyi ilə bağlı açıqlamalarını nəzərə alıb. Bu, çox müsbət bir irəliləyişdir. Lakin indiyə qədər Avropadakı ayrı-ayrı siyasətçilərin Moskva ilə dialoqa ehtiyac duyulması ilə bağlı utancaq sözləri ümumavropa anti-Rusiya əsas axınına heç bir təsir göstərməyib. Gərginliyi azaltmaq üçün yollar axtarmaq əvəzinə, Avropa öz təhlükəsizlik kimliyini yaratmaq qərarına gəlib. Bu təhlükəsizlik kimliyi qarşıdurma mexanizmi kimi yaradılmış NATO nümunəsində formalaşdırılır. Avropa İttifaqı büdcəsinin təxminən 5%-i Avropa müdafiə mexanizmlərinin yaradılmasına xərclənir və proses sürətlənməkdədir”, - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR