Bank Of Baku

Kreml: Danışıqlar Ukrayna və ABŞ arasında aparılır

Kreml: Danışıqlar Ukrayna və ABŞ arasında aparılır
# 25 noyabr 2025 12:50 (UTC +04:00)

İstanbuldakı danışıqlar prosesi Ukrayna tərəfindən dayandırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, İstanbul danışıqlarını Kiyev pozub.

"İstanbuldakı danışıqlar nə bizim günahımızdan, nə də öz iradəmizdən asılı olmayaraq dayandırılıb. Kiyev rejiminin nümayəndələri danışıqlar prosesini dayandırdılar. İndi aydındır ki, nizamlamaya mümkün yanaşmaların müzakirəsi üzərində iş davam edir, lakin bu, artıq Moskva ilə Kiyev arasında aparılmır".

Kremlin sözçüsü danışıqların əsasən Ukrayna və ABŞ arasında aparıldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR