Bank Of Baku

Kreml Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşması xəbərinə münasibət bildirib

Kreml Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşması xəbərinə münasibət bildirib
# 28 oktyabr 2025 13:55 (UTC +04:00)

Rusiya qoşunları Ukraynada xarici hərbçiləri məhv edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusi əməliyyat zonasında xarici hərbçilər mövcuddur və Rusiya qüvvələri onları məhv edir.


"Bu əcnəbilər orada, xüsusi hərbi əməliyyat zonasında var və biz onları məhv edirik. Hərbçilərimiz öz işlərini icra etməyə davam edirlər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı məlumatları həyəcan vericidir. Digər tərəfdən, hərbçilərimiz təmas xəttindəki rabitə vasitələrində daim xarici dillər eşidirlər", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Ukraynaya 2000 nəfərlik əsgər və zabitdən ibarət hərbi kontingent yerləşdirməyə hazırlaşması barədə məlumat yayıb. Bildirilib ki, Fransa hərbi kontingenti artıq Polşanın Ukrayna ilə sərhəd regionlarında döyüş təlimləri keçirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR