Bank Of Baku

Kreml: Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur

Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron

© APA | Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron

# 02 fevral 2026 14:41 (UTC +04:00)

Hazırda Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında təmasların təşkili ilə bağlı konkret nəsə demək mümkün deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur.

Kremlin sözçüsü Fransa hakimiyyətinin Rusiya ilə ünsiyyət kanalı yaratmaq ideyasının sağlam olduğunu qeyd edib: “Dialoq kanallarının zəruri olması ideyasının özü sağlamdır və biz bunu bölüşürük. Bütün ünsiyyət formalarının bağlanması təşəbbüsü göstərən isə biz deyildik, bunu edən avropalılar idi”.

Peskov ünsiyyətin bərpası ideyasını yalnız alqışlaya biləcəklərini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR