Bank Of Baku

Kreml: Putin və Tramp Rusiyanın neft ixracına qarşı sanksiyaların qaldırılmasını müzakirə etməyib

Kreml: Putin və Tramp Rusiyanın neft ixracına qarşı sanksiyaların qaldırılmasını müzakirə etməyib
# 10 mart 2026 14:20 (UTC +04:00)

Rusiyanın neft ixracına qarşı ABŞ sanksiyalarının aradan qaldırılması mövzusu Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında söhbət zamanı ətraflı müzakirə olunmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, bu mövzu heç bir şəkildə ətraflı müzakirə olunmayıb", - Kremlin sözçüsü vurğulayıb.

Bununla yanaşı, Peskov qeyd edib ki, sanksiyaların qlobal iqtisadiyyat üçün nəticələri hər kəsə, həm Trampa, həm də Putinə yaxşı məlumdur: "Əlbəttə ki, ABŞ-ın atdığı addımlar - yəni neft məhdudiyyətləri – Fars körfəzindəki vəziyyət fonunda qlobal enerji bazarlarını sabitləşdirmək cəhdləri ilə bağlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR