Trampın planı Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsasdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Qərb mətbuatında yayılan “Tramp planı” 28 maddədən ibarət olub. Planın müddəaları ictimaiyyətə sızdırılandan sonra Ukrayna və Avropa tərəfindən kəskin tənqid olunub. Cenevrədə Vaşinqton və Kiyev rəsmilərinin danışıqlarından sonra Trampın planının 28 maddədən 19 maddəyə qədər azaldıldığı, Ukraynanın NATO-ya üzvlüyü, Ukrayna ordusunun sayı və Ukrayna ərazisi ilə bağlı müddəaların çıxarılması barədə məlumat yayılıb.
Rəsmi Moskva Tramp planının rəsmi şəkildə Rusiyaya təqdim edilmədiyini açıqlayıb. Bildirilib ki, qeyri-rəsmi kanallar vasitəsilə plan Moskvaya təqdim olunub. Bununla belə, Rusiya Trampın planının Ukraynada sülh üçün əsas olduğunu bəyan edib.