Krımın elektrik şəbəkəsində nasazlıq baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Krım Respublikası rəhbərinin müşaviri Oleq Kryuçkov yarımadada elektrik təchizatına məhdudiyyətlər qoyulduğunu bildirib.
Onun sözlərinə görə, hazırda bərpa işləri aparılır.