Paşha Bank
Bank Of Baku

Rusiya DİN: Murmanskın qubernatoru büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Rusiya DİN: Murmanskın qubernatoru büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB
# 23 noyabr 2026 21:06 (UTC +04:00)

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək saxlanılıb.

APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin sözçüsü İrina Volk bildirib ki, qubernator büdcə vəsaitlərinin oğurlanması, mənimsənilməsi və qanunsuz valyuta əməliyyatlarında iştirak etməkdə şübhəli bilinir.

İstintaqın versiyasına görə, cinayət işi Murmansk Vilayət Tikinti Nazirliyinə ayrılmış 39 milyon rubldan çox vəsaitin oğurlanması, həmçinin Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulmuş 1 milyard rubldan artıq vəsaitin mənimsənilməsi ilə bağlıdır.

Sabah Moskva məhkəməsində Andrey Çibis barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.


***
20:13

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis saxlanılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hazırda Moskvada onunla bağlı istintaq hərəkətləri aparılır.

Bildirilib ki, Çibis Murmansk vilayətinin qapalı inzibati-ərazi vahidlərində korrupsiya faktları ilə bağlı aparılan araşdırma çərçivəsində mənimsəmədə şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR