Bank Of Baku

KTMT baş katibi Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı qərarın kim tərəfindən verildiyini açıqlayıb

KTMT-nin baş katibi Talatbek Masadıkov

© APA | KTMT-nin baş katibi Talatbek Masadıkov

# 27 avqust 2026 02:27 (UTC +04:00)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması ilə bağlı qərar təşkilata üzv ölkələrin ali baş komandanlarının səlahiyyətindədir.

Bunu KTMT-nin baş katibi Talatbek Masadıkov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatdan çıxarılıb-çıxarılmaması ilə bağlı qərarı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası qəbul edir.

“KTMT-nin Ermənistanı təşkilatdan çıxarıb-çıxarmaması ilə bağlı qərar Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır. Şuraya təşkilata üzv ölkələrin ali baş komandanları daxildir. Qərar onların səlahiyyətindədir. Lakin hesab edirəm ki, qərar qəbul edilərkən həmişə bütün şərtlər və məqamlar nəzərə alınmalıdır”, – deyə Masadıkov bildirib.

KTMT baş katibi Ermənistan rəhbərliyinin, xüsusilə Baş nazir Nikol Paşinyanın bu məsələni gündəmə gətirməsinin müxtəlif siyasi gündəmlərin mövcudluğundan xəbər verə biləcəyini qeyd edib.

“Siyasətçilər məsələni gündəmə gətirmək, müzakirələrin temperaturunu yüksəltmək, sonra isə onu aradan qaldırmaq üçün siyasətçidirlər”, – deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR