Bank Of Baku

KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək

KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək
# 04 avqust 2026 10:18 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək.

Rusiyanın KTMT-dəki nümayəndəsi Viktor Vasilyev RİA Novosti-yə bildirib ki, Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrda müzakirə oluna bilər.

Onun sözlərinə görə, məsələnin müzakirəsi noyabrın 11-də Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında müzakirəyə çıxarılacaq.

Vasilyev vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilatın büdcəsinə iki il ərzində borcun ödənilməməsi halında vətəndaşların kvota üzrə vəzifələrə namizədlik hüququnun, habelə strukturda səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü özündə əks etdirir.

Qeyd edək ki, yuxarıda qeyd olunan vəziyyət iki ildən artıqdır qüvvədədir. Belə ki, Ermənistan Katiblikdəki kvota vəzifələrinə vətəndaşlarının namizədliyini irəli sürmür, eyni zamanda KTMT-nin Birləşmiş Qərargahından öz nümayəndələrini geri çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR