Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Lavrov İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Tehrandadır.
Rusiya xarici işlər nazirinin səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, həmçinin regional və beynəlxalq hadisələrin müzakirəsi məqsədi daşıyır.
Səfər çərçivəsində Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.