Bank Of Baku

Lavrov rusiyalı generalın güllələnməsini danışıqları pozmaq cəhdi adlandırıb

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 06 fevral 2026 15:13 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdini danışıqları pozmaq təşəbbüsü adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov general Alekseyevə qarşı sui-qəsd cəhdinin Kiyevin danışıqları daim pozmaq əzmini bir daha təsdiqlədiyini bildirib.

Rusiya XİN başçısı bu məlumatı ATƏT rəhbərliyi ilə görüşün əvvəlində eşitdiyini bildirib: "Mən hansısa proqnozlar verməyə hazırlaşmıram. Bu mənim funksiyam deyil. Bunu ölkəmizin rəhbərliyi həll edəcək”.

O, bunu terror aktı adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR