Bank Of Baku

Lavrov: Təhlükəsizlik zəmanətləri olmadan Rusiya-Ukrayna münaqişəsi bitməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 11 aprel 2026 01:03 (UTC +04:00)

Rusiya Ukrayna münaqişəsinin Moskva üçün təhlükəsizlik zəmanətləri olmadan həllinin mümkün olmadığını bildirib.

"TASS"ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov qeyd edib ki, Avropa İttifaqı yalnız Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışır, lakin Rusiyanın təhlükəsizliyi məsələsini nəzərə almır.

Onun sözlərinə görə, bu yanaşma münaqişənin həllini mümkünsüz edir.

Nazir həmçinin Aİ-ni Rusiyaya qarşı siyasətdə ikili standartlarda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR