Bank Of Baku

Lavrov: Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə tələsmir, əksinə onları gücləndirir

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 10 dekabr 2025 11:53 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəinki ləğv etməyə tələsmir, əksinə onları gücləndirir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.

Bununla belə, Lavrov Rusiyanın Trampın Ukrayna ilə bağlı dialoqa sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR