“Türkiyə Moskvanın razılığı olmadan S-400 sistemlərinin başqa ölkəyə verə bilməz”.
APA-nın Moskva bürosu xəbər verir, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Türkiyə S-400 sistemlərinin xarici ölkəyə daşınması ilə bağlı Rusiyaya müraciət etməyib
Lavrov onu da vurğulayıb ki, Moskvanın razılığı olmadan bu mümkün deyil.
O, Rusiyanın S-400 sistemlərinin Türkiyədən dost ölkəyə daşınmasına razı ola biləcəyini, lakin hələlik belə bir müraciət olmadığını söyləyib.