Bank Of Baku

Lavrov və Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 17 dekabr 2025 15:28 (UTC +04:00)

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər.

Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.

Əraqçi də bu məsələlərlə yanaşı Ukrayna münaqişəsinin də bugünkü danışıqlarda müzakirə olunduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR