Bank Of Baku

Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini “xoşməramlı jest” adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna Prezidenti Volodimir Zelenski

# 12 sentyabr 2026 23:24 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti”yə müsahibəsində Zelenskinin ABŞ-da keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyini şərh edərkən bildirib.

“Məncə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov artıq bununla bağlı mövqeyini bildirib: bu şəxsə dəvət göndərilib, əgər görüşmək istəyirsə, qoy gəlsin. Bu, artıq bizim tərəfimizdən böyük xoşməramlı jestdir. Çünki o, Putinlə təmasları qadağan edən fərmanını hələ də ləğv etməyib”, – Lavrov deyib.

Rusiya XİN rəhbəri, həmçinin Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu, lakin danışıqlar müddətində hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR