Bank Of Baku

Lukaşenko Zelenskinin təhdidlərindən sonra vətəndaşlara müraciət edib: Belarusda lazım olan hər şey var

Belarus Prezidenti Aleksandr Lukaşenko

© APA | Belarus Prezidenti Aleksandr Lukaşenko

# 23 iyun 2026 15:03 (UTC +04:00)

Belarus özünü istənilən təcavüzkardan müdafiə etmək üçün lazım olan hər şeyə malikdir.

APA-nın Rusiya bürosu "Belta"ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, Ukrayna ilə həmsərhəd olan Qomel vilayətinin qubernatoru ilə görüşdə sakinlərdən "narahat olmamağı və ya təşvişə düşməməyi" istəyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Minskə ultimatum verərək, Rusiya silahlarını istiqamətləndirmək üçün istifadə edildiyi iddia edilən bəzi retranslyatorları sərhəddən çıxarmağı tələb edib. Zelenski qeyd edib ki, əks halda Ukrayna Silahlı Qüvvələri bunu edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR