Bank Of Baku

Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq

Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
# 17 iyul 2026 07:36 (UTC +04:00)

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkəsinin ABŞ-ın təzyiqləri qarşısında geri addım atmayacağını və iqtisadi-siyasi suverenliyini müdafiə etməyə davam edəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Lula vurğulayıb ki, Braziliya öz suverenliyi uğrunda tərəddüd etmədən mübarizə aparacaq.

Bəyanat ABŞ Dövlət Departamentinin Braziliyadan idxal olunan məhsulların böyük hissəsinə 25 faizlik rüsum tətbiq edəcəyini açıqlamasından sonra verilib.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra isə ABŞ-ın ölkənin daxili bazarlarına maneəsiz çıxış tələb etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR